Nəsimi bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, “Yerli Demokratiya Həftəsi” çərçivəsində bələdiyyədə “açıq qapı” günləri təşkil edilərək bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulunun həyata keçirilib.
Bələdiyyəyə müraciət edən və sosial yardımla bağlı köməklik göstərilməsini xahiş edən sakinlərlə ayrılıqda söhbət aparılaraq, həyat tərzlərinin yaxşılaşdırılması məqsədiylə hansı əmək fəaliyyətiylə məşğul olmaları üçün istiqamətlər verilib. Eyni zamanda əlillik, ciddi xəstəliyi olan şəxslər qeydiyyata alınaraq onlara yardımların göstərilməsi nəzərdə tutulub.
Vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə əvəlcədən elan edilən “qaynar xətt” telefon nomrəsi vasitəsi ilə qaldırılan məsələlər qeydə alınıb və bələdiyyənin məsul şəxsləri tərəfindən cavablandırılıb.
Veilən məlumata görə, hazırda Nəsimi bələdiyyəsinin öz saytı (www.nesimibelediyyesi.com) vasitəsilə bələdiyyə ilə əlaqə saxlanılır, elan olunan “qaynar xətt” telefon nomrəsi vasitəsilə hər ay ortalama 30-40 nəfər sakinlə müxtəlif tərkibli suallar, əmlak vergisinin hesablanması qaydaları, əmlak və torpaq vergisi nədir, o cümlədən güzəştlərin tətbiq edilməsi ilə bağlı hansı şərtlər olması və s. barədə məlumatlar işıqlandırılır.
Hər gün sakinlərin sədrlə, müavinlərlə və komissiya sədrləri olan digər bələdiyyə üzvləri ilə birbaşa görüşü təşkil olunur; sosial-məişət problemlərin həlli ilə bağlı məsələlərin bələdiyyə tərəfindən həlli araşdırılır. Görüşlərdə bələdiyyə üzvləri güzəştlərin həyata keçirilməsi ilə bağlı hansı şərtlər, qanunvericilikdə nəzərdə tutulan normativ sənədlər əsasında güzəştlərə baxılması, bələdiyyənin ümumi iclaslarında müzakirəyə çıxarılması üçün müvafiq sənədlərin toplanmasını həyata keçirirlər.
Sədr Nazim Qaraxanov “Yerli Demokratiya Həftəsi” çərçivəsində 20 â„–-li Poliklinikada, 14, 19 â„–-li orta məktəblərdə, 16 saylı Uşaq bağçasında kollektivlərlə görüşlərdə bələdiyyənin fəaliyyəti ilə bağlı geniş söhbət apararaq “Yerli demokratiya həftəsi”nin mahiyyətini açıqlayıb. Bələdiyyə sədri görüşə gələnlərin hər birinə öz təşəkkürünü çatdırdı; sakinlərin istək və arzularına diqqətlə yanaşacağını bildirib.
Belediyye.info